Azərbaycanda mənzillər bahalaşdı
Azərbaycanda mənzillər bahalaşdı
Azərbaycanda mənzillər bahalaşdı
Son 5 il ərzində Azərbaycanda ilkin və təkrar bazarda mənzil qiymətləri 46 % artıb.
Bu barədə Mərkəzi Bankın yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.
Mövzu ilə bağlı danışan əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, əmlak bazarında mütəmadi artımlar müşahidə olunur. İlkin və təkrar bazar üzrə mənzil qiymətləri artmaqda davam edir.
2020-ci ildən etibarən ipoteka kreditlərinin həcmi yüksəlib, lakin 2023-cü ildən artım tempində azalma müşahidə olunub.
Ekspertin fikrincə, bu azalma həm tələb, həm də təklif amilləri ilə izah oluna bilər. Həmçinin İpoteka və Kredit Zəmanət Fondu hesabına verilən ipoteka kreditlərinin limitli olması və bankların maliyyələşmə strukturu onların öz vəsaitləri hesabına ipoteka kreditləşməsi imkanlarını məhdudlaşdırır.







Oxşar -Yeniinfo.az
İran hava məkanını açdı
Lavrov Türkiyəyə gəldi
Zaporojyedə partlayış baş verdi
ABŞ Almaniyaya 11,9 milyard dollarlıq hərbi texnika göndərir
Pakistandan müjdə: İşlərin 80 faizi yekunlaşıb, bundan sonra..
İranla danışıqlar yalnız orada keçiriləcək - Tramp
Trampın NATO hədəsi: AB təlimlərə başlayır...
İran müharibəsi: ABŞ-ın bir yolu qalıb...