Azərbaycanda Polis günü qeyd olunur
Azərbaycanda Polis günü qeyd olunur
Bu gün - 2 iyul Azərbaycan polisinin yaranması günüdür. Polisin 108 yaşı tamam olur.
Yeni info.az-a Modern.az-ın məlumatına görə, Polis gününün tarixi ötən əsrin əvvəllərindən başlayır.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan polis orqanları ilk müstəqil dövlətimizin təhlükəsizliyinin qorunmasında mühüm rol oynayıb. Sonrakı illərdə daxili işlər orqanları müxtəlif tarixi mərhələlərdən keçərək inkişaf edib, cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və hüquq-mühafizə sahəsində zəngin təcrübə formalaşdırıb.
Azərbaycan polisi Ermənistanın işğalçı müharibəsinə qarşı döyüşlərdə qəhrəmanlıqla vuruşub. 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayanda ön cəbhəyə ilk yollanan nizami qüvvələrdən biri məhz milis əməkdaşları, sonrakı mərhələdə isə Daxili Qoşun hissələri olub. 1700-ə yaxın polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, 1710 nəfər yaralanıb. Onların göstərdikləri qəhrəmanlıq dövlət tərəfindən yüksək qiymətləndirilib – 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, 1143 əməkdaş isə müxtəlif orden və medallarla təltif edilib.
2023-cü il sentyabrın 19-da həyata keçirilən antiterror əməliyyatı zamanı Daxili İşlər Nazirliyinin 20 əməkdaşı şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycan polisi bu gün ölkəmizdə sabitliyin və ictimai təhlükəsizliyin qorunması istiqamətində əzmlə xidmət edir.







Oxşar -Yeniinfo.az
Avro ilə bağlı YENİ QƏRAR
Amerkalılar Zəngəzur dəhlizinin keçəcəyi ərazidə oldular
Bakıda Azərbaycan və Serbiyanın hərbi mütəxəssisləri arasında görüş keçirilib
Bakının bəzi küçələrində velosiped və skuter idarə edənlərin təhlükəsizliyi təmin edilib
Azərbaycan Rusiya ilə Samur çayının su ehtiyatlarının bölüşdürülməsini müzakirə edib
Zəngəzur dəhlizi ilə bağlı sənədlər hazırlanır - Nazir
Alimlərdən maraqlı araşdırma: ən ağıllı adamlar..
İnfarkt və insulta səbəb olan əsas yeməklər