Azərbaycanda süni intellekt iş tapmağınıza kömək edəcək
Azərbaycanda süni intellekt iş tapmağınıza kömək edəcək
Azərbaycanda məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində yeni mərhələyə keçid edilir. Prezident İlham Əliyevin təsdiqlədiyi 2026–2030-cu illər üçün Məşğulluq Strategiyası üzrə Tədbirlər Planında diqqətçəkən yeniliklərdən biri də işsiz və işaxtaran şəxslər üçün süni intellektə əsaslanan məşğulluq xidmətlərinin yaradılmasının nəzərdə tutulmasıdır. Son illər süni intellekt daha çox bir sıra peşələri əvəz edə biləcək texnologiya kimi müzakirə olunsa da, yeni yanaşmada bu texnologiyanın məşğulluğun artırılması və əmək bazarında uyğunlaşmanın gücləndirilməsi məqsədilə tətbiqi planlaşdırılır.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Tahir Mirkişili Modern.az-a açıqlamasında bildirib ki, sözügedən xidmətlərin əsas məqsədi insanların iş yerlərini əvəz etmək deyil, onların daha tez və bacarıqlarına uyğun iş tapmasına kömək etməkdir.
Deputatın sözlərinə görə, süni intellekt işaxtaran şəxslərin təhsilini, iş təcrübəsini və bacarıqlarını təhlil edərək onlara ən uyğun vakansiyaları təklif edə biləcək. Eyni zamanda, hansı bacarıqların çatışmadığını müəyyənləşdirəcək və həmin çatışmazlıqların aradan qaldırılması üçün keçilməsi məqsədəuyğun olan kursları tövsiyə edəcək.
"Tətbiq ediləcək sistem işaxtaranlara CV-lərinin təkmilləşdirilməsi, iş müsahibələrinə hazırlıq və karyera inkişafının planlaşdırılması istiqamətlərində də dəstək göstərə bilər", – deyə deputat əlavə edib.
Tahir Mirkişili vurğulayıb ki, süni intellekt işəgötürənlər üçün də əhəmiyyətli üstünlüklər yaradacaq. Onun sözlərinə görə, şirkətlər yüzlərlə CV-ni ayrı-ayrılıqda nəzərdən keçirmək əvəzinə, süni intellekt vasitəsilə vakansiyaya ən uyğun namizədləri qısa müddətdə müəyyən edə biləcəklər.
Oxşar -Yeniinfo.az
Çağıran O idi, vəsilə Hüseyn (ə): Son 1 gün
Hacıqabulda 53 yaşlı kişini qatar vurub öldürüb
Yatmazdan əvvəl hansı qidalar yuxusuzluğa səbəb olur?
Şokedici araşdırma: İnsanlıq minlərlə dili tarixdən silib
Xərçəng riskini azaltmağın yolları açıqlandı: Rusiyalı akademikdən mühüm tövsiyələr
Yeniyetmə anasının maşınını qaçırdı, qəza törətdi
İran Azərbaycandan bu məshsulun alışını artırıb
Azərbaycanda süni intellekt iş tapmağınıza kömək edəcək