Azərbaycanda səfərdə olan türkiyəli rektorlar Zəfər parkını ziyarət ediblər
Azərbaycanda səfərdə olan türkiyəli rektorlar Zəfər parkını ziyarət ediblər
Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycanda səfərdə olan Türkiyənin İğdır, Qars Qafqaz, Artvin Çoruh, Ağrı İbrahim Çeçen, Bolu İzzet Abant Baysal, Ərzurum Texniki, Van Yüzüncü Yıl və Ardahan universitetlərinin rektorları sentyabrın 27-də – Anım Günündə komitənin əməkdaşları ilə birlikdə Vətən müharibəsinin rəmzlərindən birinə çevrilən Zəfər parkını ziyarət ediblər.
Dövlət qurumundan verilən məlumata görə komitə əməkdaşları və qonaqlar xatirə daşının önünə gül dəstələri düzərək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Qeyd edək ki, bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Anım Günü ilə əlaqədar çoxsaylı tədbirlər keçirir, yaşadıqları ölkələrin ictimaiyyətinə bu əlamətdar günün mahiyyəti barədə ətraflı məlumat verirlər. Dünyanın 20 ölkəsində fəaliyyət göstərən Azərbaycan Evlərində xatirə guşələri yaradılıb, tədbirlər keçirilir.







Oxşar -Yeniinfo.az
Bu ailələrə pulsuz üç otaqlı ev veriləcək
Elektromobillər bahalaşır - benzinli maşınlar da ucuzlaşmır
Hər gün bir ovuc yeyin: Böyrək daşlarını atmağa kömək edir!
Paytaxtda yaşayış binasında güclü yanğın olub
Azərbaycandan Ukraynaya göndərilən generatorlar İrpinə təhvil verilib
Nəsimi rayonundakı qəzalı evlər söküləcək - Sakinlərə təzminat ödəniləcək?
Alimlər uşaq allergiyaları haqqında məşhur mifi təkzib etdilər
Yer kürəsinin ən böyük hidrogen ehtiyatı nüvəsində gizlənib - Araşdırma