Azərbaycanda uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişdirilir
Azərbaycanda uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişdirilir
Azərbaycanda uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişdirilir.
Bu məsələ yeni hazırlanan "Uşaq hüquqları haqqında" qanun layihəsində əks olunub.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan layihəyə əsasən, hər bir uşaq doğulduqdan sonra onun doğumu Ailə Məcəlləsinə uyğun olaraq qeydiyyata alınır və o, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla (Azərbaycanda doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq, o cümlədən valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan vətəndaşı hesab edilmir) vətəndaşlıq əldə edir.
Sənəddə vurğulanıb ki, uşağa ad Ailə Məcəlləsinə uyğun olaraq veriləcək.
Qanun layihəsində o da qeyd olunub ki, bu, dövlət məqsədlərindən, formalarından və üsullarından asılı olmayaraq, uşaqların oğurlanmasının, alverinin və qanunsuz olaraq yerdəyişməsinin (o cümlədən daimi yaşayış ölkəsinə qaytarılmasının) qarşısını alacaq.
Xatırladaq ki, qüvvədə olan eyni adda qanuna əsasən, uşağa ad valideynlərinin qarşılıqlı razılığı ilə, valideynləri olmadıqda isə qəyyumluq orqanlarının razılığı və ya göstərişi əsasında verilir.







Oxşar -Yeniinfo.az
Nəsimi rayonundakı qəzalı evlər söküləcək - Sakinlərə təzminat ödəniləcək?
Alimlər uşaq allergiyaları haqqında məşhur mifi təkzib etdilər
Yer kürəsinin ən böyük hidrogen ehtiyatı nüvəsində gizlənib - Araşdırma
Gün işığı yoxdursa, D vitamini qida ilə təmin oluna bilər?
Bolqarıstanda Şuşa parkı salınacaq
Amerika kəşfiyyat təyyarələri İran sərhədi yaxınlığında uçular edib
Uraldakı Azərbaycan diasporunun rəhbəri qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib
Vensin “erməni soyqırımı" ilə bağlı paylaşımı ABŞ-da qalmaqal YARADIB