Azərbaycanda ən az rast gəlinən 5 yoluxucu xəstəlik - RƏSMİ
Azərbaycanda ən az rast gəlinən 5 yoluxucu xəstəlik - RƏSMİ
Azərbaycanda son beş ildə qeydiyyata alınan bəzi yoluxucu və parazitar xəstəliklər üzrə statistika açıqlanıb. Məlumatlar exinokokkoz və dəri leyşmaniozu hallarında azalma müşahidə olunduğunu göstərir.
Yeni info.az Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib ki, 2025-ci ildə exinokokkoz üzrə 24 yoluxma halı qeydə alınıb. Bu göstərici 2024-cü ildə 33, 2023-cü ildə 58, 2022-ci ildə 74, 2021-ci ildə isə 43 olub.
Cüzam xəstəliyi üzrə vəziyyət son illərdə sabit qalıb. Belə ki, 2021-ci ildə 11, 2022-2025-ci illərdə isə hər il 10 yoluxma halı qeydə alınıb.
Visseral leyşmanioz üzrə 2025-ci ildə 19 yoluxma faktı qeydə alınıb. Bu göstərici 2024-cü ildə 11, 2023-cü ildə 31, 2022-ci ildə 27, 2021-ci ildə isə 42 olub.
Dəri leyşmaniozu hallarında isə son illərdə əhəmiyyətli azalma müşahidə edilir. 2023-cü ildə 46 yoluxma halı qeydə alındığı halda, bu rəqəm 2024-cü ildə 16-ya, 2025-ci ildə isə 5-ə enib. Müqayisə üçün qeyd edək ki, 2021 və 2022-ci illərdə hər il 19 yoluxma halı qeydə alınmışdı.
Quduzluq xəstəliyi üzrə isə son beş ildə yoluxma halları çox aşağı səviyyədə qalıb. 2021-ci ildə 1, 2022-ci ildə 1, 2023-cü ildə 3, 2024-cü ildə 2, 2025-ci ildə isə 1 yoluxma faktı qeydə alınıb.







Oxşar -Yeniinfo.az
Avro ilə bağlı YENİ QƏRAR
Amerkalılar Zəngəzur dəhlizinin keçəcəyi ərazidə oldular
Bakıda Azərbaycan və Serbiyanın hərbi mütəxəssisləri arasında görüş keçirilib
Bakının bəzi küçələrində velosiped və skuter idarə edənlərin təhlükəsizliyi təmin edilib
Azərbaycan Rusiya ilə Samur çayının su ehtiyatlarının bölüşdürülməsini müzakirə edib
Zəngəzur dəhlizi ilə bağlı sənədlər hazırlanır - Nazir
Alimlərdən maraqlı araşdırma: ən ağıllı adamlar..
İnfarkt və insulta səbəb olan əsas yeməklər