Azərbaycandakı yarışda "Formula 2"nin pilotlarına cəza verilib
Azərbaycandakı yarışda "Formula 2"nin pilotlarına cəza verilib
Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisinin sprint yarışından sonra iki pilota cəza verilib.
Bu barədə "Formula 2"nin rəsmi saytı məlumat yayıb.
"Trident" komandasından Laurens van Hoepen 2-ci döngədə baş verən qəzada günahkar sayılıb. O, bugünkü əsas yarışda 10 saniyəlik vaxt cəzası alıb və mübarizəyə 17-ci pillədə qoşulacaq.
Digər sürücü Kuş Maini ("Dams Lukas Oil") isə Amauri Kordellə ("Rodin Motorsport") toqquşmaya görə məsuliyyətli bilinib. Beş saniyəlik cəza ilə üzləşən Maini üç pillə geriləyərək əsas yarışa 19-cu sırada başlayacaq.
Qeyd edək ki, "Formula 2"də əsas yarışa bu gün saat 11:00-da start veriləcək







Oxşar -Yeniinfo.az
Zəncəfilin faydaları və zərərləri – Mütəxəssis
Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi
Azərbaycanda gömrüklə bağlı daha bir YENİLİK
Bibiheybət yolunda bərpa işləri aparılır
Əsl təbii şokoladla saxtanı necə ayırd edək?
Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdi
Tiflis prospektində yeni qayda: qırmızı işıqda dönmək olar
Qazaxda 74 yaşlı kişi faciəvi şəkildə öldü