Azərbaycanın mədəniyyət naziri Xorvatiyada səfərdədir
Azərbaycanın mədəniyyət naziri Xorvatiyada səfərdədir
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Xorvatiyaya səfərə gedib.
Bu barədə "Yeniinfo"a nazirlikdən məlumat verilib.
Bildirilib ki, səfərin məqsədi Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 2024-cü il martın 13-də Bakıda keçirilmiş üçüncü iclasında əldə olunmuş razılaşmaların icrasının fəallaşdırılması və iki ölkənin müvafiq biznes strukturları arasında əlaqələrin daha da inkişaf etdirilməsidir.
Eyni zamanda səfər Azərbaycanla Xorvatiya arasında mədəni əlaqələrin inkişafı, təcrübə mübadiləsi, o cümlədən respublikamızda mədəni və yaradıcı sənayelər (MYS) sahəsində fəaliyyət göstərən biznes subyektlərinin məhsul və xidmətlərinin bu ölkəyə ixrac potensialının dəyərləndirilməsi, yeni əməkdaşlıq münasibətlərinin qurulması məqsədi daşıyır. Naziri səfərdə Azərbaycanın MYS-lər üzrə biznes subyektləri də müşayiət edir.
Səfər çərçivəsində A.Kərimli ilə Xorvatiyanın mədəniyyət və media naziri xanım Nina Obuljen Koržinek arasında ikitərəfli görüş keçiriləcək. Eyni zamanda iki ölkənin biznes strukturları, o cümlədən MYS üzrə ixtisaslaşmış biznes nümayəndələrinin görüşünün təşkil edilməsi, ortaq layihələrin müzakirəsi nəzərdə tutulur. Bundan başqa, Xorvatiyanın “Kultura Nova" Fondunun rəhbərliyi ilə də görüş, Xorvatiyanın Milli və Universitet Kitabxanasının fəaliyyəti ilə tanışlıq olacaq.
Azərbaycan nümayəndə heyəti həmçinin Xorvatiya Audiovizual Mərkəzində ölkənin kino və media sahəsindəki inkişaf modeli ilə tanış olaraq potensial əməkdaşlıq imkanlarını da araşdıracaq.
Eyni zamanda Azərbaycanın tanınmış musiqiçilərinin iştirakı ilə mədəni proqram da planlaşdırılır.







Oxşar -Yeniinfo.az
Xronika: "Azərbaycanlılar Ermənistan parlamentində təmsil olunacaqlar"
Aİ-nin təsnifatı əsasında yeni milli “İqtisadi fəaliyyət növləri təsnifatı” hazırlanacaq
Saakaşvili İlham Əliyevi təbrik etdi: “Azərbaycanı qlobal siyasətin subyektinə çevirən lider”
ABŞ Azərbaycana bu missiyaya qoşulmağı təklif edib - Hikmət Hacıyev
Kolumbiya səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb
İlham Əliyev Rusiyadakı bu görüşdə iştirak etməyəcək
İlham Əliyevin Sankt-Peterburqa səfər etməməsinin səbəbləri açıqlandı
Prezidentin Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etməməsinin səbəbləri açıqlanıb