Azərbaycanın tarixində bu mühüm məqamın şahidi olmaqdan şərəf duyuruq”
Azərbaycanın tarixində bu mühüm məqamın şahidi olmaqdan şərəf duyuruq”
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Məhəmməd Əbunəyyan Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında tarixi Birgə Bəyannamənin imzalanması münasibətilə “ACWA Power” şirkəti adından Sizə və məğrur Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.
Sizin uzaqgörən rəhbərliyinizlə Azərbaycan 44 günlük Vətən müharibəsində suverenliyini və ərazi bütövlüyünü bərpa edərək qətiyyətli qələbə qazandı. Bu gün Siz həmin hərbi uğuru regionun gələcəyini formalaşdıracaq, ədalətli və davamlı sülhü təmin edən diplomatik zəfərə çevirdiniz.
Bu nailiyyət Sizin ölkənizin sabitliyinə və firavanlığına qəti sadiqliyinizlə yanaşı, həm də çağırışları davamlı tərəqqi üçün imkanlara çevirərək uzaqgörənliklə və əzmkarlıqla rəhbərlik etmək bacarığınızı göstərir.
Biz “ACWA Power” şirkəti olaraq Azərbaycanın tarixində bu mühüm məqamın şahidi olmaqdan şərəf duyuruq və sülhün, əməkdaşlığın bu yeni dövründə ölkənin dayanıqlı inkişafını dəstəkləməyə sadiq qalırıq.
Sizi bir daha səmimi-qəlbdən təbrik edir, Azərbaycanın daha parlaq gələcəyi ilə bağlı fəaliyyətinizdə davamlı uğurlar diləyir, ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm”.







Oxşar -Yeniinfo.az
Yeni il mübahisəsi: Biri “haramdır” dedi, digəri isə… – İlahiyyatçılar üz-üzə
Bu kəndlərə növbəti köç karvanı yola salındı
"Ulduz" stansiyası ətrafında yol təmiri nə vaxt bitəcək? - Video
Qapını açanda görüblər ki, uşaq oradadır, kül vəziyyətindədir" - Siyəzəndəki hadisənin TƏFƏRRÜATI
Bakıda sıxlıq olan küçələrin SİYAHISI - 26.12.2025
Üç ildir itkin düşən şəxsin qətlə yetirildiyi məlum oldu: Cinayətkar meyiti basdıraraq üstündə it damı tikib
Çox vaxt "BakıKart"da pulumuz olmurdu" - Avtobuslarda yeni ödəniş sistemi işə düşdü
İki ildir təmir edilməyən körpü uçdu, sürücü faciəli şəkildə həlak oldu