Azərbaycanla İtaliya arasında hərbi təhsil sahəsində yeni imkanlar müzakirə edilib
Azərbaycanla İtaliya arasında hərbi təhsil sahəsində yeni imkanlar müzakirə edilib
İtaliyada səfərdə olan Milli Müdafiə Univetsitetinin rektoru general-mayor Gündüz Əbdülov və onun rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə üzrə Ali Tədqiqatlar Mərkəzini ziyarət edib.
Bu barədə Müdafiə nazirliyindən məlumat verilib. Əvvəlcə mərkəzinin direktoru general-polkovnik Stefano Mannino Azərbaycan nümayəndə heyətini salamlayaraq onları ölkəsində qəbul etməkdən böyük məmnunluq duyduğunu bildirib. O, iki ölkə arasında hərbi təhsil sahəsində formalaşmış əməkdaşlığın etibarlı tərəfdaşlıq və qarşılıqlı etimada əsaslandığını xüsusi olaraq diqqətə çatdırıb.
General-mayor Gündüz Əbdülov qonaqpərvər münasibətə görə təşəkkür edərək, aparılan görüşlər və müzakirələr hər iki ölkənin hərbi təhsil sahəsində formalaşmış əməkdaşlığı üçün yeni imkanlar yaradacağını vurğulayıb. O, əməkdaşlıq istiqamətində atılan addımların təcrübə mübadiləsinə töhfə verəcəyini və gələcək birgə fəaliyyət üçün əhəmiyyət daşıdığını qeyd edib.
Daha sonra Azərbaycan nümayəndə heyətinə İtaliyanın Müdafiə üzrə Ali Tədqiqatlar Mərkəzinin yaranma tarixi, tədris modeli, həmçinin qurumun qarşısında duran strateji hədəflər və əsas fəaliyyət istiqamətləri barədə geniş təqdimat keçirilib. Heyətin üzvlərini maraqlandıran məqamlara dair suallar ətraflı şəkildə cavablandırılıb.
Görüşün sonunda general-mayor Gündüz Əbdülov xatirə kitabına öz səmimi fikirlərini qeyd edib.







Oxşar -Yeniinfo.az
NATO ölkəsində Zelenskiyə görə xəbərdarlıq edildi
Pezeşkian ABŞ ilə razılqda ŞƏRTLƏRİNİ AÇIQLADI
Bu ölkələr Trampın Hörmüzlə bağlı çağırışına YOX DEDİ
Türkiyə müdaxilə etməsə, Yaxın Şərq hissələrə parçalanacaq!
Tramp saatını açıqladı: ABŞ ordusu hərəkətə keçir
Onlar bizə kömək etməyəcəklər - Tramp
Çin və Rusiya ABŞ-ı geridə qoydu: Vaşinqton narahatdır
İran bunu xəyal belə etmirdi: ABŞ-ın uğursuzluqları..