Azərbaycanlı və türkiyəli generallar bir araya gəldilər
Azərbaycanlı və türkiyəli generallar bir araya gəldilər
Bakıda "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında 16-cı Azərbaycan-Türkiyə yüksəksəviyyəli hərbi dialoq iclası" protokolunun müvafiq maddəsinin icrası ilə əlaqədar görüş keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Nümayəndə heyətlərinə general-leytenantlar Azər Əliyev və Ali Osman Yurdagül rəhbərlik ediblər.
Qonaqları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edən general-leytenant A.Əliyev Azərbaycan və Türkiyə arasındakı qardaşlıq və dostluq prinsipi əsasında hərbi sahədə də qurulan əlaqələrin bu gün yüksələn xətlə davam etdiyini bildirib.
General-leytenant A.O.Yurdagül də öz növbəsində səmimi münasibət və göstərilən diqqətə görə minnətdarlığını bildirib və keçirilən qarşılıqlı görüşlərin hər iki ordu arasında təcrübə mübadiləsinə böyük töhfə verdiyini qeyd edib.
Görüş əsnasında əməkdaşlıq çərçivəsində hərbi, hərbi-texniki və digər sahələrdə görülən işlərin cari vəziyyətinə toxunulub.
Azərbaycan və Türkiyə arasındakı hərbi əlaqələrin perspektivləri, inkişaf istiqamətləri, eləcə də qarşılıqlı maraq doğuran mövzulara dair geniş müzakirələr və fikir mübadiləsi aparılıb.
Azərbaycanlı və türkiyəli generallar bir araya gəldilər







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu