Azərbaycanlı zəvvarların Həcc ziyarəti proqramı açıqlandı
Azərbaycanlı zəvvarların Həcc ziyarəti proqramı açıqlandı
Hazırda azərbaycanlı zəvvarlar Ciddə şəhərindədirlər, onlar orada müəyyən prosedurlardan keçəcəklər.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri bildirib.
Onun sözlərinə görə, zəvvarlar qeydiyyat prosesindən keçəcəklər və daha sonra 45-45 olmaqla avtobuslarla Cövhə adlanan yerə miqata gedəcəklər:
"Miqat ehram bağlanılan yerdir. Ora xüsusi məsciddir. Ehram dedikdə miqatda vacib sözləri deyərək ehram paltarını geyinmək və 20-ə yaxın qadağan edilmiş müəyyən şərtlər nəzərdə tutulur. Buna saç kəsmək, dırnaq kəsmək, kəbin kəsmək, zinətlənmək, ov ovlamaq kimi 20-ə yaxın şərtlər daxildir".
O bildirib ki, zəvvarlar orada dəstəmaz alıb, ağ ehram paltarlarını geyinib, şam namazı üçün avtobuslarla Məkkəyə yollanacaqlar.
"Gecə saat 12 radələrində Məkkəyə çatacaqlar. Biz onları oteldə xüsusi formada dini ilahilərlə qarşılayacağıq. Onlara səccadə, gül, xüsusi yemək və içkilər təqdim edib otellərə yerləşdirəcəyik. Otellərə yerləşdirildikdən təxmini 1 saat sonra xüsusi servis avtobusları vasitəsilə rəhbərlər onları Hərəmə - Kəbənin olduğu yerə aparacaqlar.
Orada 5 vacib əməl - Ümreyi - Təməttö yerinə yetirəcəklər. Zəvvarlar sübh namazına qədər bu əməlləri yerinə yetirib ehramdan çıxmalıdırlar. Bu əməllərə Kəbə evi ətrafında 7 dəfə saat əqrəbinin əksi istiqamətində çevrə vurmaq, Kəbə evinin yanında İbrahim məqamında 2 rükət vacibi-təvaf namazı qılmaq, peyğəmbər əleyhissəlamın sünnətinə uyğun olaraq zəmzəm suyundan içmək, Səfa və Mərvə dağlarına doğru gedib 7 dəfə səy etmək, yəni təxmini 2 km yerimək, daha sonra isə saç və dırnaqdan bir qədər qısaldaraq təqsir edəcəklər", - deyə əlavə edib.
V.Cahangiri qeyd edib ki, beləliklə, onlar ehramdan çıxmış olurlar:
"Səhərə yaxın otelə gedib səhər yeməyi ilə təmin olunacaq və dincələcəklər".







Oxşar -Yeniinfo.az
Bu ailələrə pulsuz üç otaqlı ev veriləcək
Elektromobillər bahalaşır - benzinli maşınlar da ucuzlaşmır
Hər gün bir ovuc yeyin: Böyrək daşlarını atmağa kömək edir!
Paytaxtda yaşayış binasında güclü yanğın olub
Azərbaycandan Ukraynaya göndərilən generatorlar İrpinə təhvil verilib
Nəsimi rayonundakı qəzalı evlər söküləcək - Sakinlərə təzminat ödəniləcək?
Alimlər uşaq allergiyaları haqqında məşhur mifi təkzib etdilər
Yer kürəsinin ən böyük hidrogen ehtiyatı nüvəsində gizlənib - Araşdırma