"Azərpoçt" Kəlbəcərdə fəaliyyət göstərməyə başlayıb
"Azərpoçt" Kəlbəcərdə fəaliyyət göstərməyə başlayıb
"Azərpoçt" MMC Kəlbəcər şəhərində AZ3200 indeksli Kəlbəcər Poçt Şöbəsini vətəndaşların istifadəsinə verib.
Bu barədə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "Azərpoçt" MMC məlumat yayıb.
Bildirilir ki, yeni poçt məntəqəsində vətəndaşlara universal poçt (məktub, teleqram və bağlama göndərişləri), karqo xidmətləri və maliyyə yığımları təqdim olunur.
Poçt şöbəsinin iş rejimi bazar ertəsi – cümə günləri saat 09:00 – 17:00 aralığında (nahar fasiləsi: saat 13:00 – 14:00), şənbə günləri isə saat 09:00 – 14:00 aralığında müəyyən edilib.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın Tədbirlər Planına uyğun olaraq poçt sahəsində işlər mərhələli şəkildə həyata keçirilməkdədir.
Xatırladaq ki, Qarabağ iqtisadi rayonuna daxil olan Hadrutda poçt şöbəsi 2020-ci, Xankəndi poçt filialı isə 2024-cü ildə istifadəyə verilib. Eyni zamanda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cocuq Mərcanlıda 2020-ci ildə poçt şöbəsi yaradılıb, 2022-ci ildə Zəngilan rayonunun Ağalı kəndində, 2025-ci ildə isə Şuşa şəhərində poçt xidmətlərinin təşkili təmin olunub.
Poçt xidmətləri haqqında ətraflı məlumat əldə etmək istəyən vətəndaşlar www.azerpost.az veb-saytını ziyarət edə və ya "169" Çağrı mərkəzi ilə əlaqə yarada bilərlər.







Oxşar -Yeniinfo.az
Yeni il mübahisəsi: Biri “haramdır” dedi, digəri isə… – İlahiyyatçılar üz-üzə
Bu kəndlərə növbəti köç karvanı yola salındı
"Ulduz" stansiyası ətrafında yol təmiri nə vaxt bitəcək? - Video
Qapını açanda görüblər ki, uşaq oradadır, kül vəziyyətindədir" - Siyəzəndəki hadisənin TƏFƏRRÜATI
Bakıda sıxlıq olan küçələrin SİYAHISI - 26.12.2025
Üç ildir itkin düşən şəxsin qətlə yetirildiyi məlum oldu: Cinayətkar meyiti basdıraraq üstündə it damı tikib
Çox vaxt "BakıKart"da pulumuz olmurdu" - Avtobuslarda yeni ödəniş sistemi işə düşdü
İki ildir təmir edilməyən körpü uçdu, sürücü faciəli şəkildə həlak oldu