"Bahar" və "Qum-dəniz" yataqlarının yenidən işlənməsi üzrə əməkdaşlıq sənədi imzalanıb
"Bahar" və "Qum-dəniz" yataqlarının yenidən işlənməsi üzrə əməkdaşlıq sənədi imzalanıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə SLB şirkəti arasında Xəzər dənizindəki "Bahar" və "Qum-dəniz" yataqlarının yenidən işlənməsini sürətləndirmək üçün tərəfdaşlıq barədə sənəd imzalanıb.
Tərəfdaşlıq perspektivli hasilat zonalarının müəyyənləşdirilməsinə, hərtərəfli rezervuar modelləşdirməsinin işlənib hazırlanmasına və bu yataqlarda Erkən Hasilat Sxemini (EPS) dəstəkləmək üçün quyu və qazma qurğuları proqramlarının layihələndirilməsini nəzərdə tutur.
Layihə SOCAR-ın neft hasilatını artırmaq və yetkin dəniz aktivlərinin istismar müddətini uzatmaq üzrə uzunmüddətli strategiyasında mühüm rol oynayacaq. Bu təşəbbüs əməliyyat səmərəliliyini və davamlılığı təmin etməklə yanaşı, hasilatı sürətləndirəcək praktik inkişaf ssenarilərini hazırlamaq məqsədi daşıyır.
İmzalanma mərasimində çıxış edən SOCAR-ın İşlənmə və Hasilat Əməliyyatları seqmenti üzrə vitse-prezidenti Babək Hüseynov iki qurum arasındakı uğurlu əməkdaşlıq əlaqələrindən bəhs edib. Layihənin qabaqcıl üsullardan istifadə etməklə yetkin yataqlarda hasilatı optimallaşdırmaq istiqamətində atılan mühüm addım olduğunu söyləyən vitse-prezident "Bahar" və "Qum-dəniz" yataqlarının yenidən qurulmasının növbəti mərhələlərinin texniki əsasının qoyulacağına inamını ifadə edib.







Oxşar -Yeniinfo.az
Zəncəfilin faydaları və zərərləri – Mütəxəssis
Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi
Azərbaycanda gömrüklə bağlı daha bir YENİLİK
Bibiheybət yolunda bərpa işləri aparılır
Əsl təbii şokoladla saxtanı necə ayırd edək?
Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdi
Tiflis prospektində yeni qayda: qırmızı işıqda dönmək olar
Qazaxda 74 yaşlı kişi faciəvi şəkildə öldü