“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq.
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq.
İnnovasiya və sürət lideri “Bakcell” regionun ən nüfuzlu innovasiya tədbiri -“INMerge” Sammitinin tərəfdaşı olacaq. Sammit çərçivəsində “Bakcell”in dəstəyi ilə baş tutacaq “Telco 2 Techco” panel müzakirəsində şirkətin baş icraçı direktoru Klaus Müller çıxış edəcək. Tədbirdə qlobal texnologiya və telekommunikasiya şirkətlərinin nümayəndələrinin iştirakı nəzərdə tutulur. Panel müzakirəsi zamanı dəyişən dünyada baş verən çağırışlar, telekommunikasiya sənayesindən texnologiya sənayesinə keçid, son dövr yeniliklər, süni intellekt əsaslı məhsul və xidmətlərlə bağlı müzakirələr aparılacaq.
“Bakcell” innovasiya və süni intellekt əsaslı həllərlə Azərbaycanın rəqəmsal transformasiyası və texnologiya ekosisteminin inkişafında yaxından iştirak edir. Bu həllər şirkətin həm əməliyyat proseslərində, həm də “Bakcell”in müştərilərinə təqdim etdiyi gündəlik məhsul və xidmətlərində öz əksini tapır. Eyni zamanda, şirkətin dayanıqlı inkişaf və korporativ sosial məsuliyyət strategiyası çərçivəsində innovasiyalar və süni intellekt ilə bağlı geniş, əhatəli fəaliyyət planı həyata keçirilir.
“Paşa Holding” tərəfindən 29-30 sentyabr tarixlərində təşkil olunacaq “INMerge” Sammiti Cənubi Qafqaz və Mərkəzi Asiyada innovasiya, texnologiya və sahibkarlıq sahələrində liderləri, startapları, investorları və dövlət nümayəndələrini bir araya gətirən ən mühüm texnoloji tədbirdir. Builki “INMerge” Sammitində 5000-dən çox iştirakçı, 150-dən artıq spiker və 100-dən çox startapın iştirakı nəzərdə tutulur. Sammit zamanı iştirakçılar ən son trendlər, süni intellekt, data analitika, kibertəhlükəsizlik və digər aktual mövzular üzrə fikir mübadiləsi aparacaq, eləcə də qlobal əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı əldə edəcəklər.







Oxşar -Yeniinfo.az
Qusarda 3 metr qar yağdı - Sakinlər köməksiz qaldı
Dəm qazından zəhərlənən uşaqlardan ikisi evə buraxıldı
Onların maaşlarında artımlar olacaq - Tapşırıq verildi
Gömrükdə malların buraxılışı məsələsi ilə bağlı yenilik
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?