Bakı İqlim Fəaliyyəti Həftəsi başlayıb
Bakı İqlim Fəaliyyəti Həftəsi başlayıb
Bu gün Bakı İqlim Fəaliyyəti Həftəsinin açılış günü keçirilir.
Azərbaycanın COP29-a ev sahibliyi etdiyi ərəfədə keçirilmiş birinci Bakı İqlim Fəaliyyəti Həftəsinin uğura imza atmasından sonra paytaxt Bakı şəhəri 2025-ci il sentyabrın 29-dan oktyabrın 3-nə kimi BİFH2025-in ikinci toplantısına da ev sahibliyi edəcək.
Qeyd edək ki, dünyanın müxtəlif yerlərində təşkil olunan iqlim fəaliyyəti həftələri beynəlxalq iqlim diplomatiyasına yeni nəfəs verməklə yanaşı, iqlim fəaliyyətinin həm yerli, həm də regional müstəvidə həyata keçirilməsinə diqqəti yetirilməsini zəruri etmişdir. İqlim fəaliyyəti həftələri həm Asiya, Latın Amerikası və Afrika ölkələrində, həm də Yaxın Şərq və Şimali Afrika (MENA) regionlarında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Regional İqlim Həftələrini tamamlayır və UNFCCC-nin Tərəflər Konfransı (COP) ərəfəsində ambisiyaların artırılması, eləcə də iqlim fəaliyyətinin sürətləndirilməsi istiqamətində aparılan rəsmi diplomatik səylərə töhfə verir.







Oxşar -Yeniinfo.az
Azərbaycanda gömrüklə bağlı daha bir YENİLİK
Bibiheybət yolunda bərpa işləri aparılır
Əsl təbii şokoladla saxtanı necə ayırd edək?
Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdi
Tiflis prospektində yeni qayda: qırmızı işıqda dönmək olar
Qazaxda 74 yaşlı kişi faciəvi şəkildə öldü
Xəzər dənizi üzərində 9 PUA vuruldu
Buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?