Bakı kəndlərini niyə qurbağalar basıb?
Bakı kəndlərini niyə qurbağalar basıb?
Bir neçə gündür Bakı kəndlərində qurbağaların hədsiz çoxalması ilə bağlı sosial şəbəkələrdə paylaşımlar edilir.
Yeni info.az-a Axar.az xəbər verir ki, Ramana istiqamətində asfalt yolun üzərində saysız-hesabsız qurbağa müşahidə edilmişdi, ötən gün isə Albalı bağları ərazisində bağ evlərində çoxlu sayda qurbağalar haqda məlumat yayıldı.
Ekoloq Ənvər Əliyev saytımıza açıqlamasında deyib ki, qurbağaların sayının çoxalması yağıntılı hava ilə bağlıdır?
“Hazırda yağıntılar həddən artıq çoxdur və bəzi çökəkliklərdə müvəqqəti su hövzələri əmələ gəlir ki, yağış sularının toplandığı bu sahələrdə də qurbağalar yumurta qoyurlar.
Adətən bu cür hallarda insanlar narahat olurlar. Amma burada qorxulu və ya narahatedici heç nə yoxdur. Onlar təbiətin bir hissəsidir. Bu vəziyyət bir müddət davam edəcək. Çünki hazırda şərait əlverişlidir və qurbağaların nəsilartırma dövrü intensiv mərhələdədir.
Bir daha deyirəm, narahatlıq üçün əsas yoxdur. Bir müddətdən sonra bu hal keçəcək - onların bir hissəsini quşlar və sürünənlər yeyəcək, bir hissəsi isə balıqlar üçün yem olacaq”.







Oxşar -Yeniinfo.az
Avro ilə bağlı YENİ QƏRAR
Amerkalılar Zəngəzur dəhlizinin keçəcəyi ərazidə oldular
Bakıda Azərbaycan və Serbiyanın hərbi mütəxəssisləri arasında görüş keçirilib
Bakının bəzi küçələrində velosiped və skuter idarə edənlərin təhlükəsizliyi təmin edilib
Azərbaycan Rusiya ilə Samur çayının su ehtiyatlarının bölüşdürülməsini müzakirə edib
Zəngəzur dəhlizi ilə bağlı sənədlər hazırlanır - Nazir
Alimlərdən maraqlı araşdırma: ən ağıllı adamlar..
İnfarkt və insulta səbəb olan əsas yeməklər