Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb.
Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb
Yaxın Şərqdə baş verən son hadisələr səbəbindən təhlükəsizlik məqsədilə İran ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri iyunun 13-dən fəaliyyətini dayandırıb.
Bu barədə "Yeniinfo"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, Bakı-Naxçıvan-Bakı reyslərinin bərpası barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Əlavə suallar yaranarsa, sərnişinlər AYNA-nın “141” Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, İran ərazisindən keçən Bakı-Naxçıvan-Bakı avtobus marşrutu 2007-ci il noyabrın 8-dən fəaliyyət göstərir. Naxçıvan-Bakı marşrutu ilə hərəkət edən avtobuslar İran ərazisindən keçməklə ümumilikdə 645 kilometr məsafə qət edir.







Oxşar -Yeniinfo.az
Çuğundur şirəsinin faydaları..
Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdirildi
Yenilənən infrastruktur, dayanıqlı yükdaşıma - etibarlı dəmir yolu
Bakıda ağır qəza: “Toyota” yandı, ölən var
Pensiya alanların nəzərinə!
Dəyərli Alim Hacı Hafiz Abbasovun Mövlud Günüdür
"İlham baba mənə "KamAZ" göndərdi"
Metro bağlanır - Bundan sonra avtobuslar pulsuz olacaq?