Bakı növbəti beynəlxalq konfransa ev sahibliyi edir
Bakı növbəti beynəlxalq konfransa ev sahibliyi edir
Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə mayın 20-də “Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu” mövzusunda beynəlxalq konfrans keçirilir.
Modern.az Yeni info.az xəbər verir ki, konfrans BTQ-nin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrini təmsil edən gənclər tərəfindən yaradılan Qlobal Cənub Gənclər Platformasının ilk beynəlxalq tədbiri kimi yadda qalacaq.
Konfransda ilk dəfə olaraq BMT-nin Gənclər Ofisi də nümayəndələri ilə təmsil olunur. Tədbirdə indiki və keçmiş müstəmləkələri təmsil edən Qlobal Cənub Gənclər Platformasının üzvləri - gənc tədqiqatçılar, beynəlxalq hüquq sahəsində ixtisaslaşmış şəxslər, səhiyyə sahəsi üzrə mütəxəssislər, müstəqillik tərəfdarı olan siyasi partiyaların və təşkilatların nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri və universitet tələbələri daxil olmaqla ümumilikdə 22 ölkədən nümayəndə iştirak edir.
Tədbirdə müxtəlif regionlardan olan gənclər arasında kolonializm və neokolonializmin davam edən təsirlərinə qarşı daha güclü və koordinasiyalı mübarizə mexanizmlərinin qurulması, Qlobal Cənub Gənclər Platformasının şəbəkələşməsi, beynəlxalq həmrəyliyin real və səmərəli platformalara çevrilməsi məsələləri müzakirə ediləcək. Eyni zamanda, gənclərin daha yüksək səviyyədə təşkilatlanması, azlıqların üzləşdiyi sistemli ayrı-seçkilik və hüquq pozuntularının beynəlxalq gündəmin mərkəzinə gətirilməsi və bu problemlərə qarşı konkret, nəticəyönümlü beynəlxalq təşəbbüslərin irəli sürülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılacaq







Oxşar -Yeniinfo.az
Kiyevdəki Azərbaycan səfirliyi vuruldu
İran səfiri konsulumuzun həlak olması ilə bağlı başsağlığı verdi
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
FHN Naxçıvan Tibb Kollecində fövqəladə hallarda davranış qaydaları barədə tədbir keçirib
Keçmiş təmas xəttindən kənarda nizamsız minalanma faktları var
Uşaqlarınızı bu platformalardan qoruyun - Ekspert
WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq..
Gürcüstan Azərbaycandan turist axınında artım gözləyir