Bakı-Qazax yolunda yük maşını aşıb - ANBAAN GÖRÜNTÜ
Bakı-Qazax yolunda yük maşını aşıb - ANBAAN GÖRÜNTÜ
Bu gün, saat 05:50-də Bakı-Qazax avtomobil yolunun 248-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata görə, İsmayıl İsmayılov "Mercedes" markalı, 77-DU-358 dövlət qeydiyyat nişanlı yük avtomobili idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə dərhal BDYPİ əməkdaşları cəlb olunublar. Görülən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində dizel yanacağı daşıyan nəqliyyat vasitəsinin yanmasının qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.
"Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək xatırladır ki, xüsusilə iri tonnajlı və yanacaq daşıyan nəqliyyat vasitələrinin idarə olunması zamanı yüksək diqqət, məsuliyyət və ehtiyatlılıq vacibdir.
Belə nəqliyyat vasitələrinin texniki sazlığının yoxlanılması, sürət həddinə və məsafə intervalına əməl edilməsi, eləcə də yorğun və yuxusuz halda sükan arxasına əyləşməmək həm sürücünün, həm də digər hərəkət iştirakçılarının həyatının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Unutmayaq ki, yollarda bir anlıq ehtiyatsızlıq təkcə sürücünü deyil, digər hərəkət iştirakçılarını da təhlükəyə atır", - məlumatda bildirilib.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu