Bakı və London ilk konsulluq məsləhətləşmələri keçirdi
Bakı və London ilk konsulluq məsləhətləşmələri keçirdi
London şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Birləşmiş Krallığın Xarici İşlər, Birlik və İnkişaf Ofisi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Birləşmiş Krallıq nümayəndə heyətinə isə Xarici İşlər, Birlik və İnkişaf Ofisinin Konsulluq və Böhran məsələləri üzrə idarəsinin direktoru Sara Taylor və Mərkəzi Asiya və Şərq Qonşuluğu idarəsinin rəis müavini Mark Klayton rəhbərlik edib.
Məsləhətləşmələrdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov, hər iki tərəfin xarici siyasət orqanlarının, Azərbaycan Respublikasının Baş Prokurorluğunun, Ədliyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin rəsmiləri, həmçinin Böyük Britaniyanın Daxili İşlər Ofisinin miqrasiya, viza və hüquqi yardım məsələləri üzrə əməkdaşları iştirak edib.
Məsləhətləşmələr zamanı konsulluq sahəsi üzrə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, o cümlədən müvafiq istiqamətə uyğun ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilib.
Həmçinin məsləhətləşmələr çərçivəsində iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunmasının təmin edilməsi, viza məsələləri, həmçinin böhran vəziyyətlərinin idarəolunması mövzularında müzakirələr aparılıb.
Konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər barədə təcrübə mübadiləsinin, miqrasiya, təhsil, ədliyyə, həmçinin ekstradisiya, mülki və cinayət işləri üzrə hüquqi yardım sahələrində əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər arasında konsulluq məsləhətləşmələrinin növbəti iclasının Bakı şəhərində keçirilməsinə dair razılıq əldə olunub.







Oxşar -Yeniinfo.az
"Ulduz" stansiyası ətrafında yol təmiri nə vaxt bitəcək? - Video
Qapını açanda görüblər ki, uşaq oradadır, kül vəziyyətindədir" - Siyəzəndəki hadisənin TƏFƏRRÜATI
Bakıda sıxlıq olan küçələrin SİYAHISI - 26.12.2025
Üç ildir itkin düşən şəxsin qətlə yetirildiyi məlum oldu: Cinayətkar meyiti basdıraraq üstündə it damı tikib
Çox vaxt "BakıKart"da pulumuz olmurdu" - Avtobuslarda yeni ödəniş sistemi işə düşdü
İki ildir təmir edilməyən körpü uçdu, sürücü faciəli şəkildə həlak oldu
İlham Əliyev Ağdamdan hansı mesajları verdi?
Azərbaycanla Türkiyə arasında hərbi təhlükəsizliklə bağlı sənəd TƏSDİQLƏNDİ