Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? - "Azəristiliktəchizat"dan AÇIQLAMA
Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? - "Azəristiliktəchizat"dan AÇIQLAMA
Noyabrın 15-dən etibarən Bakı şəhəri və regionlarda istilik mövsümü başlayır.
Mətbuat katibi Elvin Basqallı açıqlamasında bildirilib ki, ölkə ərazisində ümumilikdə 449 məktəb və bağça, 3800 bina (təqribən 185 min mənzil), 152 səhiyyə obyekti, 2500 sosial və təsərrüfat obyektləri istilik ilə təmin olunacaq."Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli "İstilik enerjisindən istifadə qaydaları"nın təsdiq edilməsi haqqında qərarına əsasən, Azərbaycanın 14 dağlıq və dağətəyi rayonlarında istilik mövsümü noyabrın 1-də başlayır. Həmin 14 rayondan 9-da - Şuşada, Qubada, Qəbələdə, Qusarda, Şamaxıda, Şabranda, Xaçmaz, Siyəzəndə və Lerikdə istilik mövsümü noyabrın 1-dən başlayıb. Bu doqquz rayonda "Azəristiliktəchizat" ASC-nin 39 qazanxana və bir istilik məntəqəsi artıq işə salınıb.
Bakı şəhəri və regionlarımızda ümumilikdə "Azəristiliktəchizat" ASC-nin 557 qazanxana və 88 istilik məntəqəsi var, noyabrın 15-dən etibarən bütün qazanxana və istilik məntəqələri işə salınmış olacaq".
O əlavə edib ki, işğaldan azad edilmiş Şuşa şəhərində 7 qazanxana var ki, onlar da mövsümün başlanması ilə əlaqədar artıq işə düşüb:
"Sözügedən qazanxanalar Şuşa işğaldan azad olunduğu dövrdə inşa olunub. Ötən mövsümlərdə də işlək vəziyyətdə olub".







Oxşar -Yeniinfo.az
Azərbaycandan Ukraynaya göndərilən generatorlar İrpinə təhvil verilib
Nəsimi rayonundakı qəzalı evlər söküləcək - Sakinlərə təzminat ödəniləcək?
Alimlər uşaq allergiyaları haqqında məşhur mifi təkzib etdilər
Yer kürəsinin ən böyük hidrogen ehtiyatı nüvəsində gizlənib - Araşdırma
Gün işığı yoxdursa, D vitamini qida ilə təmin oluna bilər?
Bolqarıstanda Şuşa parkı salınacaq
Amerika kəşfiyyat təyyarələri İran sərhədi yaxınlığında uçuşlar edib
Uraldakı Azərbaycan diasporunun rəhbəri qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib