Bakıda 200 min mənzil inşa ediləcək
Bakıda 200 min mənzil inşa ediləcək
Bakıda 2040-cı ilədək 200 min mənzilin inşası planlaşdırılır.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı"nda əksini tapıb.
Qeyd edilib ki, Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 504 nömrəli qərarı ilə "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı" təsdiq edilib. Baş plana əsasən, 2040-cı ilə qədər adambaşına düşən ümumi mənzil sahəsinin 20.8 m2-dən 25 m2-ə qədər artırılması nəzərdə tutulur və əhali proqnozları əsasında aparılmış hesablamalara görə, 2040-cı ilədək Bakıda təqribən əlavə 142.82 min mənzilə tələbat yaranacaq. Əhalinin mənzil tələbatının ödənilməsi üçün inşa olunacaq bina və evlər üçün təqribən 9 min ha sahə nəzərdə tutulur ki, burada da təqribən 200 min mənzilin inşası mümkün olacaq. Bu isə 2027-ci ilədək yaranacaq 49.97 min mənzilə və 2040-cı ilədək yaranacaq 92.85 min mənzilə bərabər tələbatın ödənilməsi üçün kifayət edəcək.
Nəzərə çatdırılıb ki, 2023-cü ildə Bakı şəhərində 6 443 (481.6 min m2) mənzilin, 2024-cü ildə 11 min mənzilin (933.6 min m2), 2025-ci ildə isə 9 711 mənzilin (870.8 min m2) istismarına icazə verilib. Yaşayış binalarının tikintisinə icazələr təsdiq edilmiş ərazi planlaşdırma sənədləri (şəhərsalma əsaslandırılmaları) əsasında verilir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhərinin baş planına uyğun olaraq mütəmadi olaraq mənzil tikintisi layihələri üzrə planlaşdırma işləri təsdiq edilir və sonradan bu planlaşdırma sənədləri əsasında hazırlanmış tikinti layihələrinə tikintiyə icazələr verilir. Komitə tərəfindən mənzil tikinti layihələri ilə bağlı təsdiq edilmiş ərazi planlaşdırılması sənədlərinə əsasən mənzil fondunun ümumi həcmi 2023-cü il üzrə 1 745.47 min m2, 2024-cü il üzrə 1 632.37 min m2, 2025-ci il üzrə isə 1 760.99 min m2 təşkil edib







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu