Bakıda ağır qəza: “Toyota” yandı, ölən var
Bakıda ağır qəza: “Toyota” yandı, ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.az Yeni info.az-a istinadla xəbər verir ki, hadisə gecə saatlarında paytaxtın Zığ dairəsi-Hava Limanı yolunda qeydə alınıb.
Belə ki, "Toyota" markalı avtomobil ilə "Hunday" markalı yük maşınının toqquşması nəticəsində minik avtomobili alışıb. Hadisə nəticəsində "Toyota"da olan 1 nəfər ölüb, 2 nəfər isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə paytaxtın Zığ dairəsi-Hava Limanı yolunda avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən "Toyota" markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində nəqliyyat vasitəsinin mühərriki və salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub.
Qəza nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 1 nəfər həyatını itirib







Oxşar -Yeniinfo.az
Bu şəxslər hərbi xidmətə çağırılmır - Yeni qaydalar
Eşşəyin dişlədiyi 70 yaşlı kişi öldü
Hansı hallarda daşınmaz əmlak son alıcıdan geri alına bilər?
Bakıda qadın sürücü qəza törətdi, ÖLƏN VAR
Bakıda evdən 50 yaşlı qadının meyiti tapıldı
Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqon qoşulacaq
Ceyhun Bayramov Yaponiyaya getdi