Bakıda "Avropa Mobillik Həftəsi" çərçivəsində veloyürüş keçirilib
Bakıda "Avropa Mobillik Həftəsi" çərçivəsində veloyürüş keçirilib
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birgə təşkilatçılığı ilə Bakıda veloyürüş təşkil olunub.
"Avropa Mobillik Həftəsi" çərçivəsində keçirlən yürüş Şəhidlər Xiyabanından start götürərək velosiped zolağı boyunca davam edib və Hüseyn Cavid parkında yekunlaşıb.
Tədbirdə 40-a yaxın həvəskar və peşəkar velosipedçi iştirak edib.
Veloyürüşün əsas məqsədi paytaxt sakinləri arasında ekoloji təmiz nəqliyyat vasitəsi olan velosipedin istifadəsini təşviq etmək və ətraf mühitin mühafizəsinə diqqəti artırmaqdır. Yürüşün sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunub.







Oxşar -Yeniinfo.az
Zəncəfilin faydaları və zərərləri – Mütəxəssis
Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi
Azərbaycanda gömrüklə bağlı daha bir YENİLİK
Bibiheybət yolunda bərpa işləri aparılır
Əsl təbii şokoladla saxtanı necə ayırd edək?
Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdi
Tiflis prospektində yeni qayda: qırmızı işıqda dönmək olar
Qazaxda 74 yaşlı kişi faciəvi şəkildə öldü