Bakıda avtobuslarda ödənişlə bağlı yenilik
Bakıda avtobuslarda ödənişlə bağlı yenilik
Bakı şəhərinin marşrut avtobuslarında sərnişinlər gediş haqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları, həmçinin "Apple Pay" və "Google Pay" vasitəsilə ödəyə biləcəklər.
Bu barədə Report-a paytaxtın ictimai nəqliyyaında istifadə olunan "BakıKart" sisteminin operatoru - K Group MMC məlumat verib.
Paralel olaraq "BakıKart" kart, "BirBank" və "M10" QR vasitəsilə ödəniş imkanları da qüvvədə saxlanılır.
Bildirilib ki, ilkin mərhələdə NFC ödənişləri 500 nömrəli marşrut xəttində aktivləşdirilib:
"Sistem real istismar şəraitində sınaqdan keçirilir. Test mərhələsi uğurla yekunlaşacağı təqdirdə, növbəti günlərdə digər "BakuBus" marşrut xətlərində də mərhələli şəkildə tətbiq olunacaq. Daha sonra isə bu texnologiyanın digər daşıyıcı operatorlar üzrə də mərhələli şəkildə genişləndirilməsi nəzərdə tutulur".
Vurğulanıb ki, test müddətində kartlarda problem yaranarsa, alternativ yollardan istifadə edilməsi məsləhət görülür.
Qeyd edək ki, Bakı metrosunda sərnişinlər gediş haqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları ilə ödəmək imkanını bu il noyabrın 1-dən əldə ediblər.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu