Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçiriləcək
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçiriləcək
Bakıda Azərbaycan-İtaliya biznes-forumunun təşkili planlaşdırılır.
Axar.az Yeni info.az xəbər verir ki, bunu İtaliya Nazirlər Şurasının sədri Corciya Meloni Prezident İlham Əliyev ilə mətbuata bəyanatlar zamanı deyib.
"Biz 2026-cı ilin ikinci yarısında burada, Bakıda biznes-forum təşkil etməyi planlaşdırmışıq ki, siyasi əməkdaşlığımızı müəssisələrimiz, işçilərimiz üçün konkret fürsətlərə çevirək", - o bildirib.
C.Meloni qarşılıqlı sərmayə yatırımlarından da bəhs edib:
"Cənab Prezident, söhbətlərimizdə qeyd etdiyimiz kimi, təsdiqləyə bilərəm ki, strateji planların, inkişaf planlarının, 360 dərəcəlik müasirləşmədə nəinki ikitərəfli qaydada, o cümlədən üçüncü ölkələrdə birgə işin icrasında çox böyük marağı olan çoxsaylı İtaliya müəssisələri var. Çünki energetika əməkdaşlığımızın yeganə sahəsi deyil. Bir çox digər sahələr var".







Oxşar -Yeniinfo.az
Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqon qoşulacaq
Ceyhun Bayramov Yaponiyaya getdi
Bərdədə hərbçimiz faciəvi şəkildə öldü
Bakı-Tbilisi qatarından istifadə edən sərnişinlərin sayı açıqlanıb
Rüfət Qarayev məhərrəm ayının və Aşura gününün tarixlərini açıqlayıb
Paşinyan: Türkiyə ilə sərhəd açılmalı, Azərbaycanla sülh sazişi imzalanmalıdır
Bakıda “KamAz” piyadanı vurub
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb