Telefon
WhatsApp
Bakıda bu küçə və prospektlər təmir edildi
300 X 250 Reklam Alanı

Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə aparılan təxirəsalınmaz təmir-bərpa işləri davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Axar.az-a bildirilib ki, gündəlik həyata minimum maneə yaratmaq üçün işlər əsasən istirahət günlərində həyata keçirilib. Layihələrin vaxtında başa çatdırılması məqsədilə həftəsonları 24 saat fasiləsiz iş rejimi təşkil olunub.

Qeyd olunub ki, təmir prosesi zamanı nəqliyyatın hərəkətinə minimum təsirin göstərilməsi üçün bütün zəruri tədbirlər görülüb.

Görülən işlər nəticəsində paytaxtın 4 ərazisində təmir-bərpa işləri uğurla yekunlaşdırılıb. Bunlar aşağıdakılardır:

R.Behbudov küçəsi (Ş. Bədəlbəyli küçəsindən A. A. Bakıxanov küçəsinə qədər olan hissə);

Z.Bünyadov prospekti (M. Nərimanov küçəsindən X.R.Ulutürk küçəsinə qədər);

A.M.Şərifzadə küçəsi (Ə.Əhmədov küçəsindən A.Abbasov küçəsinə qədər olan hissə);

Bakı Dairəvi yolundan Meyvəli Ticarət Mərkəzinə gedən yol.

Agentlikdən vurğulanıb ki, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər mərhələli şəkildə davam etdiriləcək.

AAYDA vətəndaşların rahat hərəkətini təmin etmək üçün fəaliyyətini fasiləsiz davam etdirir.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150