Bakıda “Mərkəzi Asiya və Qafqaz üçün rəqəmsal bağlantı” mövzusunda seminar keçirilib
Bakıda “Mərkəzi Asiya və Qafqaz üçün rəqəmsal bağlantı” mövzusunda seminar keçirilib
Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı çərçivəsində Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyinin təşkilatçılığı ilə Bakıda “Mərkəzi Asiya və Qafqaz üçün rəqəmsal bağlantı” mövzusunda seminar keçirilib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.
Məlumata görə, seminarın açılış mərasimində çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov tədbirin mövzusunun regionun inkişafı və gələcək rifahı üçün strateji əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd olunub ki, hazırda tikintisi davam edən Transxəzər fiber-optik kabel layihəsi Avropa ilə Asiyanı birləşdirən yüksəksürətli və təhlükəsiz alternativ marşrut yaradaraq Azərbaycanı regional rəqəmsal mərkəzə çevirəcək.
S.Məmmədov bildirib ki, dayanıqlı genişzolaqlı internet infrastrukturunun qurulması, habelə “2025 – 2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın təsdiq edilməsi və Milli Süni İntellekt Mərkəzinin yaradılması Azərbaycanda rəqəmsal transformasiyanı gücləndirəcək əsas təşəbbüslərdəndir.
Tədbir çərçivəsində iki ölkənin nazirləri tərəfindən imzalanmış “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyi arasında İKT və poçt xidmətləri sahələrində Əməkdaşlıq Memorandumu”nun mübadilə mərasimi keçirilib.
Daha sonra Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov ilə Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyində dövlət naziri Noriko Horiuçi arasında ikitərəfli görüş







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu