Bakıda qadınlarla bağlı mühüm konfrans başladı
Bakıda qadınlarla bağlı mühüm konfrans başladı
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransı keçirilir.
Axar.az Yeni info.az xəbər verir ki, konfransda "Kiçik və orta biznesdə qadın sahibkarlığı: süni intellekt və rəqəmsallaşmanın imkanları" və "Ətraf mühitin qorunması və dayanıqlılığın gücləndirilməsində qadın liderliyi" mövzusunda panel müzakirələri təşkil ediləcək.
Tədbirin davamında AQEM Qadınlar Şurasının ilk iclası planlaşdırılıb.
Tədbirin proqramına görə, yekunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və AQEM-in Baş katibi Kayrat Sarıbay mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandıracaqlar.
Qeyd edilib ki, iclasın məqsədi AQEM-in üzv dövlətləri arasında koordinasiya, dialoq və təcrübə mübadiləsinə yönəlmiş mandatın rəsmi tətbiqidir.







Oxşar -Yeniinfo.az
Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək – Prezident
Avtomobillər toqquşdu, yaralı var
Prezident Şuşadakı konfrans iştirakçılarına müraciət ünvanladı
Xankəndidə ilk Qurtuluş Günü konserti
Türkmənistanın Prezidenti Azərbaycana səfər edəcək
Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?
Sumqayıtda evdə yanğın
Azərbaycanda Milli Qurtuluş Günüdür