Bakıda söküntü işləri: Hansı hallarda pul və ya mənzil verilir? - Şərtlər açıqlandı
Bakıda söküntü işləri: Hansı hallarda pul və ya mənzil verilir? - Şərtlər açıqlandı
Paytaxtda aparılan yenidənqurma və söküntü işləri çərçivəsində köhnə yaşayış binaları mərhələli şəkildə sökülür, onların yerində isə yeni tikililər inşa olunur. Bu proses zamanı kompensasiya məbləğlərinin müəyyənləşdirilməsi ilə bağlı tikinti şirkətləri ilə sakinlər arasında fikir ayrılıqları yaranır. Razılaşma əldə olunmadıqda isə məsələlər məhkəməyə qədər gedib çıxırlar.
Baku TV söküntü işlərinin həyata keçirilməsi planlanan ərazilərdən birində çəkiliş aparıb."Hamı fərqli söz deyir, evə görə müxtəlif qiymətlər təklif olunur", - deyə sakinlərdən biri bildirib.
Digər bir vətəndaş isə qeyd edib ki, kompensasiya məbləği danışıqların gedişindən asılı olaraq dəyişir.
Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, hazırda paytaxtda söküntü işləri, əsasən, iki formada həyata keçirilir. Bunlardan biri torpaqların dövlət ehtiyacı üçün alınması, digəri isə qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binaları və fərdi evlərin özəl tikinti şirkətləri tərəfindən sökülərək yeni tikililərlə əvəzlənməsidir:
"Torpaqlar dövlət ehtiyacı üçün alındıqda ərazidə mövcud olan daşınmaz əmlaklar bazar dəyərinə uyğun qiymətləndirilir və vətəndaşlara kompensasiya olaraq pul ödənilir. Özəl tikinti şirkətləri tərəfindən aparılan söküntülərdə isə əksər hallarda mənzil sahiblərinə yeni tikiləcək binalardan mənzillər təqdim olunur. Bəzi hallarda isə kompensasiya pul formasında verilir".
O qeyd edib ki, tikinti şirkətinin təklif etdiyi məbləğ vətəndaşı qane etmədikdə və ya tələb etdiyi məbləğ şirkət tərəfindən qəbul edilmədikdə məsələ məhkəmə müstəvisinə çıxarılır:
"Məhkəmə tərəfindən müstəqil qiymətləndirici şirkətlər cəlb olunur və əmlakın bazar dəyəri müəyyənləşdirilir. Kompensasiya məbləği isə həmin qiymətləndirmə şirkətinin təqdim etdiyi rəy əsasında formalaşdırılır".







Oxşar -Yeniinfo.az
Vensin “erməni soyqırımı" ilə bağlı paylaşımı ABŞ-da qalmaqal YARADIB
Azərbaycanda əhali ən çox bu sahələrdə çalışır - SİYAHI
Zelenski bu tarixdə prezident seçkiləri elan edəcək - KİV
Vensin Bakıya səfəri, Prezidentlə görüşü
İlham Əliyev Məsud Pezeşkianı təbrik etdi
Paşinyan Azərbaycanla sülh sazişini parlament seçkisindən qabaq imzalamaq niyyətindədir
ABŞ ilə Azərbaycan hərbi-texniki sahədə əməkdaşlığı genişləndirir
Azərbaycan ilə ABŞ regional bağlantılar sahəsində tərəfdaşlığı gücləndirir