Bakıda tanınmış restoran işçilərin maaşını vermir?
Bakıda tanınmış restoran işçilərin maaşını vermir?
Baku TV-nin qaynar xəttinə "Grill House" restoranının iki aydır 20 nəfər işçinin maaşını verməməsi ilə bağlı şikayət daxil olub.
Şikayətçilər bildiriblər ki, icarədar məkanın bağlanmasını bəhanə edərək maaşın ödənilməsini gecikdirir.
"İki aydır ki, əməkhaqqımız verilmir. Bu da azmış kimi bizi 200 manat maaş verilməsi şərti ilə yarımştat olaraq işə alıblar. Dünəndən rəsmi olaraq restoranın müqaviləsi başqa adama keçib. Buna görə də bizi zorla işdən çıxarıblar", - şikayətçi Nuridə Bayramlı söyləyib.
Digər bir narazı şəxs - Musa Hacızadə isə qeyd edib: "Bizi işlədən adamla əlaqə saxlamağa çalışırıq, amma ortaya çıxmır. Pis vəziyyətdə qalmışıq".
Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, onlara bu şikayət üzrə hər hansı məlumat daxil olmayıb.
Əlavə olaraq o da vurğulanıb ki, işəgötürən tərəfindən işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işə cəlb edilməsi inzibati məsuliyyətə səbəb olur. Belə hallar aşkar edildikdə Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəsmi müraciət edilməsi tövsiyə olunur.







Oxşar -Yeniinfo.az
Bu şəhərimizdə əsrlər sonra ilk məscid tikiləcək
İlham Əliyev Gürcüstan Prezidenti ilə təkbətək görüşüb
Yağışlı havanın yarada biləcəyi çətinliklər aradan qaldırılır - ADY
Bu əraziyə 1 metr 24 sm qar yağdı
Yağış nə vaxta kimi davam edəcək?
Prezident və xanımı Gürcüstana getdi
Azərbaycanda 3 liman bağlandı
Qusarda sel elektrik dirəklərini dağıtdı