Bakıda yeraltı keçid iki aydır bağlıdır: Sakinlər çıxılmaz vəziyyətdə
Bakıda yeraltı keçid iki aydır bağlıdır: Sakinlər çıxılmaz vəziyyətdə
Bakıda keçidin bağlanması ətraf ərazidə yaşayan sakinlərə ciddi çətinlik yaradıb.
Söhbət paytaxtın Binəqədi rayonu, Abay Kunanbayev küçəsindəki yeraltı keçiddən gedir. "Çinarlı Park" yaşayış kompleksi ilə Abay Kunanbayev küçələrinin kəsişməsində aparılan tikinti və layihələndirmə işlərinə görə keçiddən istifadə müvəqqəti olaraq dayandırılıb.
Sakinlər bildirirlər ki, keçiddən ötən il noyabrın 27-dən istifadə edə bilmirlər və nə vaxt açılacağı hələlik məlum deyil. Ərazidə əsas yola, avtobus dayanacağına və metroya getmək üçün nəzərdə tutulmuş yol isə təhlükəli vəziyyətdədir.
Sakinlərin fikrincə, tikinti işləri başa çatanadək piyada keçidinin müvəqqəti istifadəyə verilməsi, təhlükəsizlik normalarına uyğunlaşdırılmış müvəqqəti piyada keçidi yaradılması və ya avtobusların bu ünvandan keçməsi daha məqsədəuyğun olardı.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, ərazi yeni piyada tuneli və avtomobil tunelinin inşasına hazırlanır. Layihə çərçivəsində "Çinarlı Park" yaşayış kompleksini Abay Kunanbayev küçəsi ilə birləşdirən avtomobil və piyada tunellərinin tikintisi nəzərdə tutulub və hazırda piyada keçidinin söküntüsü aparılır. İşlərin bu ilin sonunadək tamamlanması planlaşdırılır.
Agentlik həmçinin qeyd edib ki, ərazidə alternativ piyada yolu mövcuddur, lakin həmin yolun qaranlıq və şəraitsiz olması məsələsi aidiyyəti qurumlarla müzakirə olunur.







Oxşar -Yeniinfo.az
Azərbaycan Prezidentinin Əbu-Dabidə Ermənistan Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib
Bakıya planlaşdırılan uçuş İrana görə ləğv olundu
Azərbaycan-İsrail biznes forumu keçiriləcək
Bu şəxslərin pensiyası arta bilər
Bakıda yeraltı keçid iki aydır bağlıdır: Sakinlər çıxılmaz vəziyyətdə
Prezident: Elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik
Prezident: Azərbaycan qlobal səviyyədə ən təhlükəsiz məkanlardan biri hesab edilə bilər
Prezident: "Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli, bəlkə də, bütövlükdə ölkəyə tətbiq edilə bilər"