Bakıda yük avtomobilindən düşən çəllək faciəyə səbəb olacaqdı
Bakıda yük avtomobilindən düşən çəllək faciəyə səbəb olacaqdı
"Yük avtomobillərinin sürücüləri daşıdıqları əşyaların düşməməsi, hərəkətə mane olmaması üçün yola düşməzdən əvvəl və hərəkət vaxtı onun yerləşdirilməsinə, bağlanmasına, vəziyyətinə nəzarət etməlidir".
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yük avtomobillərinin sürücülərinə müraciətində bildirilib:
"Yük daşınarkən adamlar təhlükəyə məruz qoyulmamalı, şəxsi və ya digər əmlaka zərər vurulmamalıdır. Bununla yanaşı, nəqliyyat vasitəsindən yolun hərəkət hissəsinə düşən yük maneə yaratdıqda və onu dərhal aradan götürmək mümkün olmadıqda, sürücü qəza dayanma nişanı və ya yanıb-sönən qırmızı işıqlı portativ fənər qoymalıdır.
"Yol hərəkəti haqqında" Qanunun 57-ci maddəsində göstərilən bu və digər müddəaları hər bir yük avtomobilinin sürücüsü bilməli və qaydalara əməl etməlidir. Unutmayaq ki, yükün düzgün və təhlükəsiz daşınması yalnız sürücünün deyil, bütün yol hərəkəti iştirakçılarının təhlükəsizliyi deməkdir".
NİİM-in yaydığı görüntülərdə paytaxtın Səbail rayonu, Niyazi küçəsində baş verən hadisə əks olunub. Belə ki, hadisə zamanı hərəkətdə olan TIR-dan anidən yük yola yuvarlanıb. Xoşbəxtlikdən faciə yaşanmayıb.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu