Baş nazir Babiş: Çexiya dövlət büdcəsindən Ukraynaya vəsait ayırmayacaq
Baş nazir Babiş: Çexiya dövlət büdcəsindən Ukraynaya vəsait ayırmayacaq
Çexiya Ukraynaya dövlət büdcəsindən maliyyə vəsaiti ayırmayacaq.
Bu barədə ölkənin yeni Baş naziri Andrey Babiş "Denik" xəbər portalına müsahibəsində bildirib.
“Biz artıq Ukraynaya dövlət büdcəsindən pul verə bilmərik, çünki ölkə daxilində hətta məktəb yeməkxanalarının işçilərinə ödəniş etməkdə çətinlik çəkirik”, – deyə baş nazir qeyd edib.
Babiş vurğulayıb ki, Çexiya Ukraynaya siyasi dəstəyini davam etdirir, lakin Avropa İttifaqının Ukrayna üçün nəzərdə tutulan növbəti iri kreditinə zəmanət verməkdən imtina edib.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək