Bayramdan sonra bu məhsullar ucuzlaşacaq
Bayramdan sonra bu məhsullar ucuzlaşacaq
Bayram mövsümündən sonra çərəzlərin qiymətində ucuzlaşma müşahidə edilə bilər.
Bu haqda iqtisadçı Akif Nəsirli "Yeni Sabah"a danışıb.
"Bayramqabağı çərəz qiymətlərinin artması inhisarçı bazarın xarakterinə uyğun olaraq, təbii iqtisadi proseslərdən qaynaqlanır. Bir neçə əsas səbəb var.
Çərəzlərin qiyməti həmişə nisbətən yüksəkdir, çünki bunlar ya idxal olunur, ya da xüsusi istehsal tələb edən məhsullardır. Bayram öncəsi tələbin kəskin artması da qiymətləri yüksəldir. İnsanlar bayram süfrələrini zəngin etmək üçün daha çox çərəz alır, bu isə bazarda təkliflə tələbin tarazlığını pozur və qiyməti artırır", - o deyib.
Ekspert əlavə edib ki, Antep fıstığı, qoz, badam kimi əsas çərəzlərin dünya bazarında qiymətləri yüksəlirsə, Azərbaycanda da onlar bahalaşır:
"Nəqliyyat xərcləri, valyuta kursu dəyişiklikləri və qablaşdırma xərcləri də son qiymətə təsir edir. Sadəcə qeyd etmək lazımdır ki, bayram mövsümü keçəndən sonra bəzi çərəz növlərinin qiyməti enə bilər, amma bahalı çərəzlər həmişə premium kateqoriya kimi qalır. Yəni bu, normal iqtisadi reallıqdır və əsas səbəb tələbin artmasıdır".
Qeyd edək ki, hazırda bazarda çərəzlərin qiymətləri belədir: fındıq ləpəsi 13-17 AZN/kq, qoz 7-20 AZN/kq, badam 7.5-14.2 AZN/kq.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu