Belaruslar sürətlə rus ordusuna qoşulur
Belaruslar sürətlə rus ordusuna qoşulur
Rusiya ordusunda belarusların sayı kəskin artıb. Belə ki, 2022-ci illə müqayisədə rus ordusunda xidmət edən belarusların sayı 100 dəfə çoxdur.
Bu barədə "Slidstvo.info" məlumat yayıb.
Nəşrin Ukrayna kəşfiyyatından əldə etdiyi məlumata görə, 2022-ci ilin iyulundan 2025-ci ilin yayına qədər mindən çox belarus Rusiya ordusu ilə müqavilə imzalayıb. Bunlardan 596-sı ilə saziş 2025-ci ilin birinci yarısında imzalanıb.
"24 fevral 2022-ci ildən 2025-ci il iyulun əvvəlinə qədər Belarus Respublikasının 1031 vətəndaşı Rusiya ordusu ilə müqavilə bağlayıb, onlardan 105-i artıq ölüb, 84-ü itkin düşüb. Yəni, böyük ehtimalla, demək olar ki, hər beşdə biri ölüb", - məqalədə deyilir.
Bildirilir ki, 2023-cü ildə Rusiya silahlı qüvvələri ilə müqavilə bağlayan belarusların sayı Ukraynada genişmiqyaslı müharibənin birinci ili ilə müqayisədə 39 dəfə artıb. Əgər 2022-ci ildə 6 müqaviləli əsgər var idisə, 2023-cü ildə artıq 235, 2024-cü ildə isə 518 nəfər olub.







Oxşar -Yeniinfo.az
İran hava məkanını açdı
Lavrov Türkiyəyə gəldi
Zaporojyedə partlayış baş verdi
ABŞ Almaniyaya 11,9 milyard dollarlıq hərbi texnika göndərir
Pakistandan müjdə: İşlərin 80 faizi yekunlaşıb, bundan sonra..
İranla danışıqlar yalnız orada keçiriləcək - Tramp
Trampın NATO hədəsi: AB təlimlərə başlayır...
İran müharibəsi: ABŞ-ın bir yolu qalıb...