"Bentley" ən yüngül avtomobilini buraxacaq
"Bentley" ən yüngül avtomobilini buraxacaq
Debütdən 100 il sonra "Supersports" adlı "Bentley" modeli istehsala qayıdır.
1925-ci ildə "Supersports" 160 km/saat (100 mil/saat) sürət həddini aşan ilk "Bentley" modeli olub və onun yubileyini qeyd etmək üçün şirkət "Bentley Continental GT Supersports" modelini hazırlayır.
Yeni model üçün sifarişlər 2026-cı ilin mart ayında açılacaq. O, standart "Bentley Continental GT"dən təxminən yarım ton yüngüldür. Kupenin çəkisi iki tondan (dəqiq desək, 1 814.37 kiloqram) azdır və bu göstərici ilə "Supersports" son 85 ilin ən yüngül "Bentley" avtomobilidir.
"Bentley Continental GT Supersports" 666 at gücü olan 4.0 litrlik V8 mühərriki ilə təchiz olunub. Yeni avtomobilin 0-dan 100 km/saat-a 3.7 saniyəyə sürətlənəcəyi, maksimal sürətinin isə 310 km/saat olacağı gözlənilir.







Oxşar -Yeniinfo.az
NATO ölkəsində Zelenskiyə görə xəbərdarlıq edildi
Pezeşkian ABŞ ilə razılqda ŞƏRTLƏRİNİ AÇIQLADI
Bu ölkələr Trampın Hörmüzlə bağlı çağırışına YOX DEDİ
Türkiyə müdaxilə etməsə, Yaxın Şərq hissələrə parçalanacaq!
Tramp saatını açıqladı: ABŞ ordusu hərəkətə keçir
Onlar bizə kömək etməyəcəklər - Tramp
Çin və Rusiya ABŞ-ı geridə qoydu: Vaşinqton narahatdır
İran bunu xəyal belə etmirdi: ABŞ-ın uğursuzluqları..