Berbok: "BMT-nin növbəti rəhbəri qadın olmalıdır
Berbok: "BMT-nin növbəti rəhbəri qadın olmalıdır
"BMT-nin növbəti baş katibi qadın olmalıdır".
Bu fikri BMT Baş Assambleyasının prezidenti Annalena Berbok "Funke Media Group"a verdiyi müsahibədə səsləndirib.
"Birləşmiş Millətlər Təşkilatının 80 illik tarixində və dünyada dörd milyard qadın olduğu halda, niyə hələ də təşkilata rəhbərlik üçün uyğun bir qadın tapa bilmədiyimizi izah etmək çətindir", - deyə Almaniyanın keçmiş xarici işlər naziri bildirib.
Siyasətçi növbəti baş katibin seçilməsi üçün şəffaf və inklüziv bir prosesə çağırıb.
Berbok özünün BMT rəhbərliyinə namizəd olmaq istəyini rədd edib. Baş Assambleyanın sədri öz rolunu yalnız seçim prosesinin şəffaflığını və səsvermənin bütövlüyünü təmin etməkdə görür.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək