Berlində “Müxtəliflikdə birlik: dialoqda dinlərarasi sədalar” adlı tədbir keçirilib.
Berlində “Müxtəliflikdə birlik: dialoqda dinlərarasi sədalar” adlı tədbir keçirilib.
İyunun 25-də Azərbaycanın Almaniyadakı Səfirliyinin təşkilatçılığı ilə Berlində Azərbaycan Mədəniyyət Mərkəzində “Müxtəliflikdə birlik: dialoqda dinlərarasi sədalar” adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Azərbaycan Respublikasının Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev, "Heydər" məscidinin imamları Hacı Rüfət Qarayev və Hacı Hafiz Abbasov və Almaniyada fəaliyyət göstərən dini və ictimai qurumların nümayəndələri, diplomatlar, ictimai xadimlər iştirak ediblər.
Heydər məscidinin imamları Hafiz Abbasov və Rüfət Qarayev çıxışlarında İslam həmrəyliyinin önəminə diqqət çəkiblər. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin adını daşıyan məsciddə vəhdət namazının qılınması ilə nəinki ölkəmizdə, eləcə də bütün dünyada gözəl ənənənin əsası qoyulub. Müxtəlif məzhəb nümayəndələrinin vahid məkanda birlikdə ibadət etmələri ölkəmizdə dövlət tərəfindən həyata keçirilən tolerantlıq və multikulturalizm siyasətinin uğurlu nəticələrindən biridir.
Sefarad Yəhudilərinin Bakı dini icmasının sədri, ravvin Zamir İsayev və Azərbaycandakı Avropa Yəhudiləri İcmasının baş ravvini Şneor Seqal bildiriblər ki, fərqli mədəniyyətləri və dini irsi qoruyub saxlamaq dövlətin əsas prioritetlərindən biridir. Bu gün də respublikamızda yəhudilər antisemitizmdən uzaq, rahat və təhlükəsiz bir mühitdə yaşayır, siyasi, iqtisadi, sosial, mədəni həyatda fəal iştirak edirlər.
Tədbirin sonunda məruzələr ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb







Oxşar -Yeniinfo.az
Azərbaycan Prezidentinin Əbu-Dabidə Ermənistan Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib
Bakıya planlaşdırılan uçuş İrana görə ləğv olundu
Azərbaycan-İsrail biznes forumu keçiriləcək
Bu şəxslərin pensiyası arta bilər
Bakıda yeraltı keçid iki aydır bağlıdır: Sakinlər çıxılmaz vəziyyətdə
Prezident: Elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik
Prezident: Azərbaycan qlobal səviyyədə ən təhlükəsiz məkanlardan biri hesab edilə bilər
Prezident: "Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli, bəlkə də, bütövlükdə ölkəyə tətbiq edilə bilər"