Beyləqanda iki avtomobil toqquşub, 1 nəfər ölüb
Beyləqanda iki avtomobil toqquşub, 1 nəfər ölüb
Beyləqan rayonunda (Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolunun 26-cı kilometrliyi) “Lexus” və "BMW" markalı iki minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Fövqəladə Hallar Nazirliyinin verdiyi xəbərə görə, yanğın nəticəsində “BMW” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
saat 05.37
Sentyabrın 14-də gecə saatlarında Beyləqan rayonu ərazisində “Lexus” və “BMW” markalı avtomobillərin toqquşması ilə nəticələnən yol-nəqliyat hadisəsi baş verib.
DİN-in bildirdiyi məlumata görə “BMW” markalı avtomobildə olan Rəşad Hacıyev həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu