Telefon
WhatsApp
Bilgəhdə 23 yaşlı gənc dənizdə batıb

Bakı şəhəri, Xəzər rayonu, Bilgəh qəsəbəsi, "Daçnik" adlanan və ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı dənizdə nəzarətsiz ərazidə 23 yaşlı şəxs batıb.

Bu barədə Yeni info.az-a Modern.az-a istinadən Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 2003-cü il təvəllüdlü Rəhman Məzahim oğlu Əmirovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

Valyuta Məzənnəsi

Yüklənir...