BMT İnsan Hüquqları Şurasının 60-cı sessiyasında Azərbaycanın bəyanatı səsləndirilib
BMT İnsan Hüquqları Şurasının 60-cı sessiyasında Azərbaycanın bəyanatı səsləndirilib
BMT İnsan Hüquqları Şurasının 60-cı sessiyasında Azərbaycanın bəyanatı səsləndirilib.
Bu barədə Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin "X" sosial media hesabında paylaşım edilib.
Bəyanatda Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı bərpa, yenidənqurma və şəhərsalma fəaliyyətləri həyata keçirdiyi vurğulanıb.
"Böyük Qayıdış üzrə Dövlət Proqramı çərçivəsində aparılan təşəbbüslərə sosial xidmətlər şəbəkəsinin yaradılması, infrastrukturun inkişafı, mənzil şəraiti və məşğulluq imkanlarının təmin edilməsi, həmçinin keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün keyfiyyətli səhiyyə və təhsil xidmətlərinin göstərilməsi daxildir. Bu səylərin nəticəsində artıq 50 mindən çox keçmiş məcburi köçkün ata-baba torpaqlarına qayıdıb", - bəyanatda bildirilib.
Son zamanlar Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində əhəmiyyətli irəliləyişlərin də əldə olunduğuna diqqət çəkilən bəyanatda 2025-ci ilin 8 avqust tarixində Vaşinqtonda Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və ABŞ prezidenti şahid qismində iştirak etməklə, ikitərəfli münasibətlərin normallaşdırılması və regionda dayanıqlı sülhün yaradılmasına yol açan Birgə Bəyannamənin imzalandığı xüsusilə qeyd olunub.
"Birgə Bəyannamənin mühüm müddəalarından biri iki ölkə arasında nəqliyyat və kommunikasiya xətlərinin açılması öhdəliyidir. Bu, təkcə regiona deyil, daha geniş coğrafiyaya da fayda gətirəcək. Bundan əlavə, Azərbaycan və Ermənistan sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsini paraflamışdır ki, bu da mehriban qonşuluq münasibətlərinin qurulması üçün parametrləri müəyyən edir. Biz üzv dövlətləri bu səyləri dəstəkləməyə çağırırıq", - bəyanatda vurğulanıb.







Oxşar -Yeniinfo.az
Bu kəndlərə növbəti köç karvanı yola salındı
"Ulduz" stansiyası ətrafında yol təmiri nə vaxt bitəcək? - Video
Qapını açanda görüblər ki, uşaq oradadır, kül vəziyyətindədir" - Siyəzəndəki hadisənin TƏFƏRRÜATI
Bakıda sıxlıq olan küçələrin SİYAHISI - 26.12.2025
Üç ildir itkin düşən şəxsin qətlə yetirildiyi məlum oldu: Cinayətkar meyiti basdıraraq üstündə it damı tikib
Çox vaxt "BakıKart"da pulumuz olmurdu" - Avtobuslarda yeni ödəniş sistemi işə düşdü
İki ildir təmir edilməyən körpü uçdu, sürücü faciəli şəkildə həlak oldu
İlham Əliyev Ağdamdan hansı mesajları verdi?