BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisinin fəaliyyətə başlayacağı tarix açıqlanıb – EKSKLÜZİV
BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisinin fəaliyyətə başlayacağı tarix açıqlanıb – EKSKLÜZİV
BMT-nin Azərbaycandakı Nümayəndəliyinin yeni rezident əlaqələndiricisi vəzifəsinin icrasına 2026-cı il iyulun 1-də başlayacaq.
Bunu ABŞ bürosuna açıqlamasında BMT-nin İnkişaf üzrə Koordinasiya Ofisinin rəhbəri Karolina Azevedo deyib.
O, qeyd edib ki, BMT-nin Azərbaycandakı hazırkı rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanın mandatı 2026-cı il yanvarın 6-da başa çatacaq.
Bildirilib ki, yeni rezident əlaqələndiricisi hazırda başqa ölkədə vəzifədədir və həmin ölkədə onun öhdəlikləri tamamlandıqdan sonra Azərbaycanda fəaliyyətə başlayacaq:
"Adətən olduğu kimi, yeni rezident əlaqələndiricinin təyinatı ilə bağlı rəsmi elan vəzifəyə başlamasına yaxın tarixdə BMT baş katibinin sözçüsünün ofisi tərəfindən açıqlanacaq".
K.Azevedo əlavə edib ki, keçid dövründə rəhbərliyin davamlılığını təmin etmək məqsədilə təcrübəli rezident əlaqələndirici 15 yanvar 2026-cı ildən etibarən müvəqqəti əsaslarla Azərbaycandakı Nümayəndəlikdə vəzifəyə başlayacaq.
Xatırladaq ki, V.Andreyeva Azərbaycanda fəaliyyətə 2021-ci il iyulun 1-də başlamışdı.







Oxşar -Yeniinfo.az
Azərbaycan Prezidentinin Əbu-Dabidə Ermənistan Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib
Bakıya planlaşdırılan uçuş İrana görə ləğv olundu
Azərbaycan-İsrail biznes forumu keçiriləcək
Bu şəxslərin pensiyası arta bilər
Bakıda yeraltı keçid iki aydır bağlıdır: Sakinlər çıxılmaz vəziyyətdə
Prezident: Elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik
Prezident: Azərbaycan qlobal səviyyədə ən təhlükəsiz məkanlardan biri hesab edilə bilər
Prezident: "Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli, bəlkə də, bütövlükdə ölkəyə tətbiq edilə bilər"