BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisinin kimliyi məlum olub
BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisinin kimliyi məlum olub
BMT-nin Azərbaycandakı nümayəndəliyinin yeni müvəqqəti rezident əlaqələndiricisinin kimliyi məlum olub.
Bunu BMT-nin İnkişaf üzrə Koordinasiya Ofisinin rəhbəri Karolina Azevedo bildirib.
BMT rəsmisi qeyd edib ki, bu vəzifəyə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəsi Məhəmməd Nasar Hayat təyin olunub.
O əlavə edib ki, BMT-nin Azərbaycandakı hazırkı rezident əlaqələndiricisi Vladanka Andreyevanın mandatı rəsmi olaraq 8 yanvar 2026-cı il tarixində başa çatacaq.
Bildirilir ki, yeni rezident əlaqələndirici hazırda başqa ölkədə vəzifədədir və həmin ölkədəki öhdəlikləri tamamlandıqdan sonra Azərbaycanda fəaliyyətə başlayacaq. BMT-nin Azərbaycandakı nümayəndəliyinin yeni rezident əlaqələndiricisi vəzifəsini 1 iyul 2026-cı il tarixində icra etməyə başlayacaq.
"Bu aralıq dövrdə rəhbərliyin fasiləsizliyini təmin etmək üçün Məhəmməd Nasar Hayat 9-14 yanvar 2026-cı il tarixlərində müvəqqəti əsaslarla Azərbaycandakı nümayəndəlikdə vəzifəyə başlayacaq", - deyə K.Azevedo əlavə edib.
Qeyd edək ki, Nasar Hayat BMT‑nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı rezident nümayəndəsi və qurumun Partnyorluq və Əlaqələndirmə Ofisinin rəhbəridir. N.Hayat bu vəzifəyə 2023-cü ilin iyulunda təyin olunub və etimadnaməsini xarici işlər naziri Ceyhun Bayramova təqdim edib.
Azərbaycandan əvvəl o, təşkilatın Laos ofisinin rəhbəri olub. N.Hayat Pakistan hökumətində 11 il xidmət etməklə yanaşı, BMT İnkişaf Proqramı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi və Asiya İnkişaf Bankı kimi beynəlxalq təşkilatlarda da fəaliyyət göstərib.
Xatırladaq ki, BMT-nin Azərbaycandakı hazırkı rezident əlaqələndiricisi Vladanka Andreyeva Azərbaycanda fəaliyyətə 1 iyul 2021-ci il tarixində başlamışdı.







Oxşar -Yeniinfo.az
Əli Laricani: "ABŞ bizə Oman vasitəsilə bir neçə mesaj ötürüb"
BMW yüzminlərlə avtomobilini geri çağırır
Zelenski: Rusiya və Belarus istisna olmaqla istənilən ölkədə danışıqlara hazırıq
Rusiya XİN: ABŞ Almaniyada uzaqmənzilli raketlər yerləşdirsə, Moskva cavab verəcək
Türkiyə XİN başçısı: ABŞ İranın uranı məhdud həcmdə zənginləşdirməsinə razılıq verməyə hazırdır
Tramp İranla danışıqların davam etdirilməsində israrlıdır
Volqoqrad vilayəti raket atəşinə məruz qalıb
ABŞ-dan erməni diasporuna zərbə: Qondarma soyqırım.