BMT-nin komitə iclasında Azərbaycanın sosial-iqtisadi sahədəki uğurlarından bəhs edilib
BMT-nin komitə iclasında Azərbaycanın sosial-iqtisadi sahədəki uğurlarından bəhs edilib
BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən Üçüncü Komitənin ("Sosial inkişaf") iclasında Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində həyata keçirdiyi tədbirlər, o cümlədən Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması istiqamətində əldə edilən irəliləyişlər barədə məlumat verilib.
Bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Haciyev çıxış edib.
O qeyd edib ki, Azərbaycanda vətəndaşların rifahının, sosial müdafiəsinin və həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər mütəmadi olaraq həyata keçirilir.
"Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiqlənmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" proqramı müəyyən edilmiş milli prioritetlərə uyğun kompleks tədbirləri nəzərdə tutur. Azərbaycan 2024-cü ildə təqdim etdiyi dördüncü Könüllü Milli İcmal vasitəsilə 2021–2024-cü illər üzrə milli öhdəlikləri barədə ətraflı məlumat verib və 2030-cu ilədək olan Gündəliyə daxil edilmiş DİM-lərə doğru irəliləyişi nümayiş etdirib", – deyə Ş.Haciyev vurğulayıb.







Oxşar -Yeniinfo.az
Azərbaycan Prezidentinin Əbu-Dabidə Ermənistan Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib
Bakıya planlaşdırılan uçuş İrana görə ləğv olundu
Azərbaycan-İsrail biznes forumu keçiriləcək
Bu şəxslərin pensiyası arta bilər
Bakıda yeraltı keçid iki aydır bağlıdır: Sakinlər çıxılmaz vəziyyətdə
Prezident: Elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik
Prezident: Azərbaycan qlobal səviyyədə ən təhlükəsiz məkanlardan biri hesab edilə bilər
Prezident: "Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli, bəlkə də, bütövlükdə ölkəyə tətbiq edilə bilər"