BMT-nin mənzil-qərargahı qarşısında Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir
BMT-nin mənzil-qərargahı qarşısında Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir
Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş Qərargahı qarşısında 8 Noyabr - Zəfər Günü münasibətilə məlumatlandırma aksiyası keçirilir.
Nyu-York şəhərində Zəfər Günü ilə bağlı başladılan məlumatlandırma kampaniyası ABŞ-Azərbaycan Gənclər Federasiyasının təşəbbüsü və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.
Zəfər Günü ilə bağlı tarixi faktların qeyd olunduğu LED ekranlı avtomobilin ilk dayanacağı BMT-nin qərargah binasının önü olub.
Ekranlarda Azərbaycanın dövlət bayrağı, "Qarabağ sülhün və ümidin məkanıdır", "5 illik qələbən mübarək, Azərbaycan", "Azərbaycanın zəfəri, ədalətin qələbəsi", "Qarabağda davamlı sülh naminə birliyimiz əbədidir", "Zəfər qəhrəmanlarını ehtiramla yad edirik", "Azərbaycan qalib gəldi və Qafqazda sülhü, həmrəyliyi möhkəmləndirdi", "Qarabağ - sülhün və ümidin diyarı", "Azərbaycan - 5 illik cəsarət, 5 illik qürur!" şüarları və xarıbülbüllə azad olunmuş ərazilərin təsvirləri əks olunub.
BMT diplomatları ABŞ-Azərbaycan Gənclər Federasiyasının üzvlərinə yaxınlaşaraq Azərbaycanı Zəfər Günü münasibətilə təbrik ediblər.
LED ekranlı avtomobil bir neçə saat ərzində BMT binasının ətrafında dövrə vurub. Avtomobil gün ərzində Nyu-Yorkun müxtəlif küçə və meydanlarını dolaşaraq yerli sakinləri Azərbaycan tarixinin parlaq səhifəsi olan tarixi Zəfər barədə məlumatlandıracaq. Növbəti dayanacaq isə Nyu-Yorkun simvolu hesab olunan dünyaca məşhur "Times" meydanı olacaq.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu