Boliviyada daşqınlar 20 nəfərin ölümünə səbəb olub
Boliviyada daşqınlar 20 nəfərin ölümünə səbəb olub
Boliviyanın Santa-Krus departamentində baş verən daşqınlar nəticəsində ən azı 20 nəfər ölüb.
Bu barədə ölkənin müdafiə nazirinin müavini Alfredo Troşe məlumat verib.
"Ölənlərin sayı 20-yə çatıb. 20-dən çox insan hələ də itkin düşüb. Təəssüf ki, suyun səviyyəsi azaldığı və xilasedicilər daşqınlardan qaça bilməyənlərin cəsədlərini axtardığı üçün ölənlərin sayının artacağı ehtimal olunur", - deyə o, Boliviya televiziyasında bildirib.
Departament rəhbərliyi bölgəni fəlakət zonası elan edib. El-Torno bələdiyyəsində daşqınlardan 600-dən çox ailə zərər çəkib.
Qeyd edək ki, 13 dekabrda Santa-Krusda güclü yağışlar bir neçə çayın məcrasından çıxmasına səbəb olub.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək