Böyük Britaniya hökuməti 12 yeni şəhər tikməyi planlaşdırır
Böyük Britaniya hökuməti 12 yeni şəhər tikməyi planlaşdırır
Britaniyanın Baş naziri, Leyboristlər Partiyasının lideri Kir Starmer Birləşmiş Krallıqda təxminən 300 min evdən ibarət 12 yeni şəhərin yaradılması planlarını elan edib.
Bu barədə "The Daily Mail" yazıb.
Qəzet bildirib ki, ilk üç şəhərin tikintisi növbəti seçkilərə qədər Bedfordşir qraflığında, Lids və Londonun şimal ətrafında başlanmalıdır. Hakimiyyət bu əraziləri ən perspektivli yerlər hesab edir.
Starmer, hələ öz evi olmayan 40 yaşdan aşağı britaniyalılar üçün şəhərlərin tikintisinin xüsusilə vacib olduğunu söyləyib.
"Öz manifeslərində leyboristlər parlament səlahiyyətləri müddətində daha çox britaniyalıya ev sahibi olmaq imkanı təmin etmək üçün 1,5 milyon yeni evin tikintisinə başlamağı öhdələrinə götürüblər", - deyə nəşr yazıb.







Oxşar -Yeniinfo.az
İran hava məkanını açdı
Lavrov Türkiyəyə gəldi
Zaporojyedə partlayış baş verdi
ABŞ Almaniyaya 11,9 milyard dollarlıq hərbi texnika göndərir
Pakistandan müjdə: İşlərin 80 faizi yekunlaşıb, bundan sonra..
İranla danışıqlar yalnız orada keçiriləcək - Tramp
Trampın NATO hədəsi: AB təlimlərə başlayır...
İran müharibəsi: ABŞ-ın bir yolu qalıb...