Britaniya Ordusu müdafiə məqsədli kiber idman oyunları yarışı təşkil edəcək
Britaniya Ordusu müdafiə məqsədli kiber idman oyunları yarışı təşkil edəcək
Britaniya Ordusu beynəlxalq müdafiə kiber idman oyunlarının təşkilinə başlayıb. London bunun əsgərlərə real döyüş vəziyyətlərinə hazırlaşmağa kömək edəcəyinə söz verir.
Bu barədə Britaniya hökumətinin saytında dərc olunmuş açıqlamada bildirilib.
"Beynəlxalq müdafiə kiber idman oyunları müasir hərbi əməliyyatlar üçün tələb olunan rəqəmsal bacarıqların inkişaf etdirilməsində irəliyə doğru əhəmiyyətli addımdır. Ukrayna da daxil olmaqla, münaqişələrdən alınan dərslər oyun texnologiyalarının dron operatorlarının hazırlanması və kiber imkanların artırılması üçün real dəyərini nümayiş etdirib", - Böyük Britaniyanın Kiber və Xüsusi Əməliyyatlar Komandanlığının komandir müavini Tom Kopinqer-Sayms bildirib.
Britaniya hökumətinin məlumatına görə, oyunlarda 40-dan çox ölkədən kiber idmançılar iştirak edəcək. İlk yarış 2026-cı ilin oktyabr ayında Sanderlenddə keçiriləcək. Britaniya Kiber İdman Assosiasiyasının prezidentinin sözlərinə görə, sonrakı yarışlar ABŞ və Avstraliyada təşkil olunacaq.







Oxşar -Yeniinfo.az
Şahbaz Şərif: İran rəhbərliyi sülhə sadiqdir
Vens İranla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
Tramp yenə Melonidən yazdı
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Moskvaya hücum: Putin niyə susur?
Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?